İran: Haaqa məhləməsinin qərarı Qəzzədə soyqırımının sübutudur
İran XİN sözçüsü Beynəlxalq Ədalət Məhkəməsinin qərarını sionist rejimin Qəzzədə genosid törətdiyinin sübutu kimi dəyərləndirib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani bu gün (27 yanvar) Haaqa məhkəməsinin dünənki qərarına münasibət bildirərək sionist rejimin zorakılıq və aparteid təfəkkürünə arxalanan bünövrəli olduğunu vurğulayıb.
N.Kənani deyib: Gec də olsa, dünən verilən qərar acı bir həqiqəti isbat etdi. Qəzzədə baş verən dəhşətli hadisələr və sionist rejimin soyqırımı və ABŞ-ın bu saxtakar rejimə arxa durması bir daha dünyaya təsdiqləndi.
XİN sözçüsü həmçinin Amerikanın əsassız iddialarına işarə edərək Qəzzə müharibəsində cinayətkar rejimə qeyd-şərtsiz dəstəklərini pisləyərək deyib: Hal-hazırda dünya xalqlarını maraqlandıran sual bundan ibarətdir ki, beynəlxalq qurumlar, sülh və təhlükəsizlik qoruyucuları sionist rejimin Fələstində genosidi dayandırması üçün daha hansı ordeni gözləyirlər?