İran Hind okeanındakı hədəfi 1800 km uzaqdan ballistik raketlə dəqiq vurduğunu bildirib (VİDEO)

İran Hind okeanındakı hədəfi 1800 km uzaqdan ballistik raketlə dəqiq vurduğunu bildirib (VİDEO)

İranın İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) keçirdiyi hərbi təlimlər çərçivəsində 1800 km uzaqdakı hədəfi ballistik raketlərlə dəqiq vurduğunu bildirib.

SalamNews bu barədə İran mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, İran İslam İnqilabının Keşikçilər Ordusunun “Peyğəmbəre Əzəm -15″ adlı hərbi təlimlərinin ikinci günündə uzaqmənzilli raketlərin işi nümayiş etdirilib.

Əlavə edilib ki, 1800 km uzaqda, Hind okeanın şimalındakı hədəf ballistik raketlərlə dəqiqliklə vurulub.

Qeyd edək ki, Sepah ötən gün qısa və ortamənzilli ballistik traketlərini, eləcə də kamikadze PUA-ların işini nümayiş etdirib.

Bu hərbi təlim İranda son iki həftədə dördüncüdür.

https://www.aparat.com/v/v20OW

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =