İran Hizbullaha çoxlu sayda “Fateh” və “Xəlic-Fars” ballistik raketləri verdiyini bildirib
İran hədəfləri dəqiq vura bilən “Fateh-110” və dəniz hədəflərinə qarşı əlverişli silah hesab edilən “Xəlic-Fars” ballistik raketlərini Hizbullah hərəkatına ötürdüyünü bildirib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın rəsmi dövlət telekanalı hazırladığı reportajda məlumat yayıb.
Bildirilib ki, İran son illərdə Hizbullah hərəkatına çoxlu sayda hədəfləri dəqiq vura bilən və qeyri-maye yanacaqla işləyən çoxsaylı ballistik raketlər verib.
Əlavə edilib ki, 4 il öncə istehsal edilən, qeyri-maye yanacaqla işləyən, başlığı 500 kq və uçuş məsafəsi 300 km olan “Fateh-110” qısamənzilli ballistik raketi, eləcə də gəmilərə qarşı “Xəlic-Fars” ballistik raketi Hizbullaha verilən raketlərin qəbilindəndirlər.