İran Hörmüz boğazında israilli milyarderə məxsus gəmini ələ keçirib

İran Hörmüz boğazında israilli milyarderə məxsus gəmini ələ keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) tərəfindən Hörmüz boğazında konteyner gəmisinin ələ keçirildiyini təsdiqləyib.

Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Agentlik ələ keçirilən, Portuqaliya bayrağı altında üzən “MCS Aries” konteyner gəmisi israilli milyarder Eyal Oferə məxsus olduğunu təsdiqləyib.

14:50

İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur.

Barədə Böyük Britaniyanın “The Argus” qəzeti məlumat yayıb.

Bildirilib ki, qrupun gəmiyə endirilməsi üçün İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu iddia edilən helikopterdən istifadə olunub.

Qeyd edilib ki, Portuqaliya bayrağı altında üzən “MCS Aries” konteyner gəmisi israilli milyarder Eyal Oferin sahib olduğu “Zodiac Maritime”a məxsusdur.

Nəşrin məlumatına görə, hadisə böyük ehtimalla İsraillə İran arasında gərginliyin artması nəticəsində baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + eight =