İran iki yol ayrıcında – Müqavimət ya təslim

İran iki yol ayrıcında – Müqavimət ya təslim

Sizinyol.com xəbər verir ki, 21-ci əsrin ilk iyirmi ilində İranın xarici siyasəti yeni problemlərlə qarşılaşdı ki, bunlardan ən əsası nüvə məsələsi idi. Bu çətinliklər müqabilində İran müqavimət və təslim dilemması ilə qarşılaşdı.

2011-ci ildə İran nüvə sahəsində 20% zənginləşdirmə əldə etdikdən sonra İran ilə ABŞ arasında Omanın paytaxtı Maskatda danışıqlar başladı. Danışıqlar zamanı Obama administrasiyası zənginləşdirməni qəbul edəcəyini və İrana tətbiq olunan sanksiyaları ləğv edəcəyini bildirdi. Danışıqlar 2013-cü ildə İranda prezident seçkilərindən sonra yenidən başladı və iki il sonra İranla 5 + 1  ölkələri arasında nüvə razılaşması ilə bağlı müqavilənin imzalanmasına səbəb oldu.

Bu razılaşmaya əsasən İran sanksiyaların götürülməsi qarşılığında nüvə sənayesində məhdudiyyətləri qəbul etdi. ABŞ başda olmaqla qərb ölkələri isə İrana qarşı iqtisadi sanksiyaları azaltmaq və ya ləğv etmək barədə öhdəlik qəbul etdilər.

2018-ci ildə Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ rəsmi olaraq bu müqavilədən tamamilə xaric oldu və daha sonra 2019-cu ildə İrana qarşı bütün sanksiyalar müqavilədən öncəki vəziyyətə gətirildi.

Nəhayət, Tramp administrasiyasının getməsi ilə İran xarici siyasətində yeni bir dövr başladı. Trampın hakimiyyətinin son iki ayında İran müqavimət siyasətinə əsaslanan yeni bir qətnaməyə ilə nüvə potensialını artırmağa başladı.

İranın bu addımı son 40 ildə qazandığı təcrübələrə əsaslanır. “Xarici təzyiqlərə qarşı müqavimət göstərmək təslim olmaqdan daha əlverişlidir” – Bu siyasət İran üçün heç vaxt təsirini itirməyən bir düsturdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − two =