İran İslam Respublikası rəsmisi İsrail rejiminə sərt cavab verdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Heyətinin İran tərəfindən nüvə anlaşmasının icrası ilə bağlı keçirilən iclasında işğalçı sionist rejimin nümayəndəsi əsassız ittihamlar və iddialarla çıxış edib. Buna cavab olaraq İranın Vyanadakı daimi nümayəndəliyinin rəhbəri Məhəmməd Rza Qeybi çıxışında deyib: “Bu rejimin nümayəndəsi bu dəfə təkrarlanan hekayəsinin adını “Səssizliyin səsi” qoymaqla onu yorucu görsənməməsinə çalışıb, lakin yenə də bu məsələdə uğursuzluğa düçar olub.”
Qeybi əlavə edib: “Daha yaxşı və daha maraqlısı bu idi ki, o, bizə rejimin bölgədəki vəhşi cinayətləri, İsrail rejiminin gizli nüvə proqramı və nüvə bombaları, yaxud dinc nüvə obyektlərinə terror hücumları və digər ölkələrin nüvə alimlərinə qarşı sui-qəsd hekayəsindən danışardı.”
İranlı diplomat daha sonra bildirib ki, heç bir tərksilah və silahlara nəzarət müqaviləsinin tərəfdaşı olmayan və heç bir nüvə obyektlərini və fəaliyyətlərini MAQATE-yə təqdim etmək istəməyən İsrail rejiminin bu iddiaları çox gülüncdür və bu rejim o qədər yekəxanadır ki, faktları və həqiqətləri gizlətməyi azmış kimi digər hələ digər NPT üzvlərinə öyüd də verməyə çalışır.