İran İslam Respublikası Sepah qüvvələrinin yeni aerokosmik raket sistemi və uzun mənzilli ballistik raketlərinin təqdimatı (Video İzlə)

İran İslam Respublikası Sepah qüvvələrinin yeni aerokosmik raket sistemi və uzun mənzilli ballistik raketlərinin təqdimatı (Video İzlə)

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanının iştirakı ilə Hava Qüvvələrinin avtomatik idarə edilən yeni uzaq mənzilli ballistik raket sistemlərinin təqdimatı keçirilib.

Məlumata görə, IIR Sepah qüvvələrinin Baş Komandanının iştirakı ilə Hava Qüvvələrinin (raket atəşi ilə) ardıcıl uzun mənzilli ballistik raketlərinin avtomatik və ağıllı sistemi təqdim edildi.

Bu sistemin təqdimat mərasimində IIR Sepah qüvvələrinin Baş Komandanı General-Mayor Salami raketləriin uçuşunun düşməni lərzəyə saldığını söyləyərək vurğuladı: “Raketlərimizin gücü düşmənlərin geri çəkilməsinə zəmanət verir.”

Əlavə etdi: “Bu, siyasi rejimimizin müqavimət və müdafiə sisteminin möhkəm sütunu və rejimin siyasi iradəsinin düşmənə göstərilən və lazım gələrsə ona tətbiq olunacaq möhtəşəm bir gücüdür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − ten =