İran İslam Respublikasında keçirilən seçkilərdə aktivliyə görə səsvermə vaxtı uzadıldı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-da keçirilən 13-cü prezident seçkilərində böyük aktivlik müşahidə olundu. İnsanlar böyük izdihamla gecə saatlarında belə sıralarda duraraq səsverməyə çalışdılar. Bu səbəbdən də ölkənin seçki qərargahı rəsmi səsvermə vaxtını gecə saat 02:00-a qədər artırmağa qərara gəldi.
13-cü prezident seçkiləri, eləcə də şəhər və kənd İslam Şuralarının 6-cı seçkiləri üçün səsvermə vaxtı 18 iyun cümə günü səhər saat 7-də başlamış və gecə saat 2:00-da rəsmi olaraq başa çatmışdır.