İran İslam Respublikasının dövlətinin bəyanatı: Heç bir qondarma rejim iranlıların birliyini sarsıda bilməz

İran İslam Respublikasının dövlətinin bəyanatı: Heç bir qondarma rejim iranlıların birliyini sarsıda bilməz

İran İslam Respublikasının hökuməti yaydığı bəyanatda xalqın dəstəyinə görə təşəkkür edərək vurğulayıb: Heç bir qondarma rejim İran xalqının birliyini zəiflədib və bu birliyə zərbə vura bilməz.

İran İslam Respublikası hökumətinin İran xalqına bəyanatı

İran İslam Respublikasının hökuməti İran xalqına müraciətlə bəyanat yayımlayıb.

Bəyanatda deyilir:

Bismillahir-rəhmanir-rəhim

Qəhrəman İran xalqı!

Sionist rejimə qarşı milli müdafiəniz, Allahın köməyi, Ali Baş Komandanın müdrik rəhbərliyi, cəsur və qüdrətli Silahlı Qüvvələrimizin şücaəti, ayıq və ağıllı təhlükəsizlik orqanlarının fəaliyyəti, fədakar polis qüvvələri, diplomatik qurumların tədbirləri və xüsusilə daim qəhrəman olan siz əziz xalqımızın dəstəyi ilə, birlik və həmrəylik ruhu içində uğurla başa çatdı. Sionist rejim və onun havadarları məğlubiyyətə uğrayaraq atəşkəs təklif etməyə məcbur oldular.

Hamıya məlumdur ki, Xalq Həmrəyliyi Hökuməti ABŞ-la dolayı danışıqlar aparırdı ki, bu zaman sionist düşmənin vəhşi təcavüzü ölkəmizin torpağına yönəldi və nəticədə bir sıra günahsız qadınlar, uşaqlar, alimlər və cəsur hərbçilər şəhid oldu. İran İslam Respublikasının siyasəti heç vaxt təcavüzə başlamaq deyil, lakin təcavüz və hücuma son qoymaqdır.

Bu böyük və tarixi qələbə, hər şeydən əvvəl, səbr və dözümü ilə zəfər gətirən və düşmənin tamahını puç edən xalqa borcludur. İran xalqı bu savaşda bir daha sübut etdi ki, bütün çətinliklərə baxmayaraq, öz doğma vətəninin bayrağı altında birləşmiş, sadiq və fədakardır.

Bu gün biz öz borcumuz bilirik ki, milli həmrəylik və birlik içində yaratdığınız qəhrəmanlıq dastanına görə siz qəhrəman xalqa dərin təşəkkürümüzü bildirək və sizə xidmət etməkdən qürur duyaq.

İran İslam Respublikası hökuməti, bütün zövq və siyasi cərəyanların iştirakı ilə bu milli həmrəyliyin qorunmasını və davam etdirilməsini prioritet hesab edir. Eyni zamanda, bu çətin dövrdə əsas ərzaq məhsullarının təminatı, əsas ehtiyacların qarşılanması, infrastrukturun və ictimai nəqliyyatın qorunması istiqamətində fədakarcasına çalışan icra və inzibati qurumlar, səhiyyə və müalicə personalı və xidmət sahələrinin nümayəndələrinə təşəkkür edir.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin bu qələbədəki fəal və təsirli rolu təqdirəlayiqdir. Hökumət, eyni zamanda, müdrik rəhbərlik və dövlətə olan etimada görə İslam İnqilabının Ali Rəhbəri Ayətullahül-üzma İmam Xamenei həzrətlərinə təşəkkür etməyi öz vəzifəsi bilir. Universitetlər, vətəndaş cəmiyyətləri, siyasətçilər, ziyalılar, sənətçilər, media nümayəndələri və bütün siyasi partiyaların həmrəyliyi də yüksək qiymətləndirilir.

Bu hücum göstərdi ki, vətən məsələsi ortaya çıxanda, xalq tam milli birlik içində canı bahasına da olsa torpağını müdafiə edəcək. Heç bir qurama və ya təyin olunmuş rejim İranın milli birliyi, milli kimliyi və çəkindirici gücünü zəiflədə bilməz.

Biz həmişə bir millət olmuşuq və bir millət olaraq qalacağıq.

Çərşənbə 25 İyun 2025 

İran İslam Respublikası Nazirlər Kabineti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =