İran İsrailə yüzlərlə ballistik raket buraxdığını bildirib – YENİLƏNİB

İran İsrailə yüzlərlə ballistik raket buraxıb.
“Report” xəbər verir ki, bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.
“İranın sionist rejimə sarsıdıcı cavabı başlayır. Bir neçə dəqiqə öncə sionist rejimin qəddar hücumuna qəti cavab əməliyyatı işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif ballistik raketlərin buraxılması ilə başlayıb”, – məlumatda vurğulanıb.
22:13
İsrail Müdafiə Qüvvələri (İMQ) İrandan raket atəşinə tutulduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin teleqram səhifəsində məlumat verilib.
“İMQ müəyyən edib ki, az öncə İrandan İsrailə raketlər buraxılıb. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır”, – məlumatda vurğulanıb.
Hərbçilər vətəndaşları sığınacaqlara gizlənməyə və sonrakı xəbərdarlığa qədər orada qalmağa çağırıb.