İran: İsrail həmişə ABŞ-ın yaşıl işığı ilə hərəkət edib
İran XİN başçısı sionist rejimin daim ABŞ-ın razılığı ilə istədiyi əməliyyatları keçirdiyinə işarə edərək İranın işğalçı rejimin təcavüzkar tədbirlərinə cavab verəcəyi barədə xəbərdarlıq edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Abbas Əraqçi bu gün (11 oktyabr) İtaliyanın Tg3 telekanalı ilə müsahibədə deyib: İsrail həmişə Amerikanın icazəsi ilə rəftar edir. Bu yeni bir hadisə deyil. İran istənilən hücumun qarşısında özünümüdafiə haqqına əsaslanaraq uyğun və daha şiddətli cavabı verəcək.
Əl Əqsa Tufanı əməliyyatı barədə fikir bildirən XİN başçısı əlavə edib: 7 oktyabr hadisəsi boş-boşuna və birdən baş vermədi. Bu macəra 80 ildir davam edir. İsrailin prizmasından baxdıqda 1200 nəfər adamı həlak olub. Bunun qarşılığında isə 42 min günahsız insanı öldürülüb. Beynəlxalq ictimaiyətin buna baxışı necədir?
Əraqçi əlavə edib: Regionda eskalasiya yaradan İran deyil. Biz müharibədən qorxmuruq. Amma müharibə də istəmirik.
İran diplomatin aparatının başçısı Avropa ölkələrinin sionist rejim cinayətlərinə qarşı laqeydliyini tənqid edərək deyib: Regionda gərginliyin dayandırılması zəminində Avropanın aktivləşəcəyinə ümid edirəm. Çünki Avropa ölkələri “bizim kifayət qədər imkanımız yoxdur” deyir. Amma mən belə düşünmürəm.