İran: İsrail Livanın cinayətinə görə məsuliyyət daşıyır
İranın BMT-dəki daimi nümayəndəsi İsrailin Livandakı kiber terraktına məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Əmir Səid İrəvani dünənki iclasda (17 sentabr) deyib: Bu kiberhücumdan sadəcə bir neçə saat keçir və minlərlə insan yaralanaraq işğalçı rejimin cinayətlərinə məruz qalıb.
Səid İrəvani həmçinin İran İslam Respublikasının Livan hökumətinə başsağlığını çatdıraraq bu kiberhücumda yaralananlara can sağlığı arzulayıb.
Qeyd edək ki, Livanda peycerlərin partlaması sentyabrın 17-də baş verib. Nəticədə azı 2800 nəfər yaralanıb, 8 yaşlı uşaq və “Hizbullah” liderlərindən birinin oğlu da daxil olmaqla 8 nəfəri xilas etmək mümkün olmayıb. İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.