İran-İsrail münaqişəsində ABŞ-a ciddi zərbə: THAAD ehtiyatları tükənir


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İşğalçı İsrail rejiminin İrana qarşı həyata keçirdiyi 12 günlük hərbi əməliyyatlar zamanı ABŞ ordusunun yüksək irtifalı hava hücumundan müdafiə sistemi olan THAAD raketlərinin ciddi şəkildə sərf olunduğu bildirilir. Məlumata görə, ABŞ bu dövrdə öz THAAD raket ehtiyatlarının təxminən 25%-ni istifadə edib.
CNN International-ə danışan mənbələrin bildirdiyinə görə, ABŞ-ın ümumilikdə 7 THAAD sistemindən ikisi bu müddətdə İsrailə yerləşdirilib.
Rəsmi açıqlamalara əsasən, 100-150 arasında THAAD raketinin atıldığı güman edilir. Bu sərf miqdarı ABŞ-ın raket istehsal sürətini üstələdiyi üçün müdafiə qabiliyyətinə uzunmüddətli təsir göstərə biləcəyi ehtimal edilir.
İran raketlərinin qarşısını almaqda çətinlik çəkən ABŞ-ın bu hərbi itkiləri bölgədəki qüvvə balansını da sual altında qoyur.