İran: İsrail növbəti səhvə yol verərsə, sərt və ağrılı cavab alacaq

İran: İsrail növbəti səhvə yol verərsə, sərt və ağrılı cavab alacaq

İran Baş Qərargah rəisi Musəvi son hücumda Təl-Əvivin sarsıdıcı məğlubiyyətə uğradığını deyib və əlavə edib ki, hər hansı yeni cəhd şiddətli qisasla nəticələnəcək.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvi İsrailin son hücumunun uğursuzluqla nəticələndiyini bildirərək, yeni cəhd halında Təl-Əvivə sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Musəvi Əl-Məyadin televiziyasına deyib ki, İsrail İrana qarşı son hücumunda “sarıcı məğlubiyyət” alıb.

“Hər cür açıq və gizli sübutlar İsrailin İrana qarşı böyük məğlubiyyətə uğradığını təsdiqləyir. İşğal rejimi hər hansı yeni səhvlərə yol verərsə, İran xalqı və silahlı qüvvələrinin üzünə sərt və ağrılı sillə vurulacaq”, – general-mayor bildirib.

Bu bəyanatlar Tehrandakı məsciddə İsrailin hücumlarında həyatını itirənlərin xatirəsini anmaq üçün təşkil edilən mərasimdə səslənib.

Musəvi iddia edib ki, İsrail və müttəfiqlərinin məqsədi İranın nüvə fəaliyyətləri deyil, birbaşa İslam Respublikasını hədəfə almaq və ölkədə sabitliyi pozmaq və parçalamaqdır.

“İllərdir ki, israillilər və onların tərəfdarları İslam Respublikası rejiminə zərbə vurmaq üçün güc toplayırlar.

Musəvi İsrailin atəşkəs tələbinin səbəbinə də toxunaraq, bu addımın Təl-Əvivin “işlərini yenidən təşkil etmək və sonrakı mərhələlərə hazırlaşmaq səylərinin” bir hissəsi olduğunu iddia edib.

Musəvi İranın mümkün uzunmüddətli qarşıdurmada hələ tam hərbi potensialından istifadə etmədiyini bildirib və xəbərdarlıq edib: “Əgər yeni mərhələyə girilsə və müharibə uzanarsa, İsrail İranın hələ görmədiyi imkanlarla qarşılaşacaq”.

Fələstin məsələsi ilə bağlı qiymətləndirmələr edən Musəvi İranın Fələstin xalqına dəstəyinin dövlət siyasəti baxımından mübahisəsiz prioritet olduğunu vurğulayıb.

“İran heç vaxt Fələstinə verdiyi dəstəyi geri götürməyəcək, heç vaxt öz prinsiplərindən heç vaxt imtina etməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + nineteen =