İran: İsrail region və beynəlxalq ictimaiyyətin gözündə məğlubdur
İran XİN başçısı sionist rejimin beynəlxalq ictimaiyyət və regionun gözündə məğlub sayıldığını deyib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Seyid Abbas Əraqçi bu gün (4 fevral) deyib: İsrail heç vaxt qlobal arenada indiki kimi bədnam olmamışdı. Amma indi bütün dünya onların məğlub olduğunu görür.
Seyid Abbas Əraqçi əlavə edib: Əl-Əqsa Tufanı əməliyyatından sonra döyüş meydanında baş verənlərlə yanaşı, geniş bir diplomatik arenada da, sosial media da bir çağırış və döyüş gedirdi. Mən Qəzza, Livan və digər ölkələrdə media məkanında həyata keçirilən mübarizənin müsbət nəticə verdiyinə əminəm.
İran XİN başçısı vurğulayıb: İndi sionist rejimin həqiqi siması üzə çıxdı və Beynəlxalq Cinayət Məhkəməsi bu rejimin baş nazirini hərbi cinayətkar kimi tanımağa və onun barəsində həbs qərarı verməyə məcbur oldu. Hal-hazıra bir çox dövlətlər də onu ölkələrinə buraxmadılar, hətta onu aparan təyyarənin keçməsi üçün hava məkanını belə açmadılar. ABŞ-a səfəri zamanı bəzi ölkələr onun öz hava məkanından keçməsinə icazə vermədiyi üçün o, hava yolu ilə fərqli marşrut seçmək məcburiyyətində qaldı və biz bu açıq uğursuzluğu mediada görürük.