İran İsrail rejimi təhdidinə qarşı təsdiqlənmiş qanun layihəsi

İran İsrail rejimi təhdidinə qarşı təsdiqlənmiş qanun layihəsi

İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası, İsrail rejiminin təhdidlərinə cavab olaraq Silahlı Qüvvələrin müdafiə imkanlarının gücləndirilməsinə dair qanun layihəsini təsdiqləyib.

Komissiyanın sözçüsü İbrahim Rızai bildirib ki, sənəd üzvlərin böyük əksəriyyəti tərəfindən qəbul edilib. Layihə Müdafiə Nazirliyi, Baş Qərargah və digər qurumların iştirakı ilə hazırlanıb.

Qanun layihəsi çərçivəsində:

  • Müdafiə xərclərinə büdcə və neft gəlirlərindən əlavə vəsait ayrılacaq,
  • Mərkəzi Bank vasitəsilə sıfır faizli kreditlər veriləcək,
  • Neft satışları və hava məkanından tranzit haqqından əldə edilən gəlirlər müdafiə sistemlərinin gücləndirilməsinə yönləndiriləcək.

Rızai vurğulayıb ki, bu addım İranın müdafiə gücünü artırmaq və İsrail rejiminin təhdidlərinə qarşı hazır olmaq məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 16 =