İran iyulun 25-də “Avropa üçlüyü” ilə danışıqların yeni raunduna razılaşıb

İran iyulun 25-də “Avropa üçlüyü” ilə danışıqların yeni raunduna razılaşıb

İyulun 25-də İstanbulda İran və “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramı ətrafında yaranmış böhranın həllinə dair danışıqların yeni raundu keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bildirib.

O, İranın dövlət televiziya və radio şirkətinin sualını cavablandırıb: “Avropa ölkələrinin müraciətinə cavab olaraq, İran JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı – red.) üç avropalı iştirakçısı ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib.

Onun sözlərinə görə, görüş İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq. İranı Məcid Təxt-Rəvançi və Kazem Qaribabadi təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 10 =