“İran Kəşfiyyat Nazirliyinin hesabatı: Sionizmlə mübarizə cəbhəsinin gizli qatlarında şiddətli və amansız qarşıdurma var”

İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi, dünya imperializminə və sionizmə qarşı cəbhədə, xüsusilə də gizli təbəqələrdə “şiddətli və amansız qarşıdurma” barədə hesabat yayımlayıb.
Qəhrəman, inqilabçı, səbirli və bəsirətli İran xalqı! Yenə də dünya imperializmi – başçısı Böyük Şeytan olan Amerika – bölgədə sionist muzdlu itinin zəncirini açaraq, zülmlə, terrorla və xəbisliklə dolu qara və rüsvayçı bir səhifəni cinayətkar keçmişinə əlavə etdi.
Son günlər İran İslam Respublikasına qarşı sionist cinayətkar dəstənin vəhşicəsinə və amansız əməlləri, Fələstin, Qəzza və məzlum Livanda törədilən insanlıq əleyhinə cinayətlərin davamı olaraq, sionizmin ləkəli tarixi və Qərbin yalançı demokratiya və insan haqları şüarları ilə ziddiyyətli iç üzünü tarixdən bixəbər nəsillərə bir daha ifşa etdi.
Möhtərəm İran xalqının məzərinə çatdırırıq ki, İmam Zamanın (ə) tanınmaz əsgərləri – Kəşfiyyat Nazirliyində və digər təhlükəsizlik və kəşfiyyat orqanlarında çalışan mütəxəssislər – ölkənin silahlı qüvvələri və təhlükəsizlik sistemləri ilə yanaşı, son günlərdə milli, regional və beynəlxalq miqyasda düşmənlərə, fitnəkar və nadanlara qarşı gizli mübarizə cəbhəsində amansız və şiddətli qarşıdurmalar aparıblar.
Kəşfiyyat Nazirliyi bu daimi mübarizədə müxtəlif strateji və çox məxfi məlumat toplama şəbəkələrindən, gizli diplomatik alətlərdən və xarici ölkələrin kəşfiyyat orqanları ilə informasiya mübadiləsindən istifadə edərək, Tramp və onun aldadıcı administrasiyasının davranışları, dolayı nüvə danışıqları proqramı və sionist rejimin kəşfiyyat fəaliyyəti ilə bağlı qiymətləndirmələr, tapıntılar və kəşfiyyat məhsulları hazırlayaraq ölkənin yüksək vəzifəli və əlaqədar şəxslərinə təqdim etmişdir.
Eləcə də xarici kəşfiyyat xidmətlərinin, xüsusilə CIA, Mossad, MI6 və digər casus şəbəkələrinin əsas casusları və nüfuz agentlərinin aşkarlanması, zərərsizləşdirilməsi və məhv edilməsi daim Kəşfiyyat Nazirliyinin gündəmində olmuşdur və bu proses davam edir. Məsələyə dair bəzi hesabatlar yaxın günlərdə İran xalqının diqqətinə çatdırılacaq.