İran Kəşfiyyat orqanları İsrail rejiminə məxsus nüvə obyektlərinə dair məxfi sənədlər ələ keçirib!

İran Kəşfiyyat orqanları İsrail rejiminə məxsus nüvə obyektlərinə dair məxfi sənədlər ələ keçirib!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

İranın kəşfiyyat orqanları İsrailin nüvə obyektləri ilə bağlı minlərlə məxfi sənəd və video görüntülər əldə etdiyini açıqlayıb. Məlumat İranın Tasnim xəbər agentliyi tərəfindən yayımlanıb.

Bu sənədlərdə İsrailin strateji nüvə infrastrukturu barədə mühüm məlumatlar yer alır. İran mənbələri bildirir ki, sənədlər işğal olunmuş ərazilərdən götürülüb və onların tam təhlili üçün vaxt tələb olunur.

Sionist rejim tərəfi hələlik bu iddiaya rəsmi cavab verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + twelve =