İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsin kimliyini müəyyənləşdirdiyini bildirib
“Nətənzdə Şəhid Əhmədi-Rouşən kompleksində elektrik şəbəkəsində təxribat törədən şəxsin kimliyi müəyyənləşib.”
Bunu İranın Kəşfiyyat Nazirliyinin mənbələri bildirib.
Qeyd edilib ki, Nətənzdə Şəhid Əhmədi-Rouşən kompleksində elektrik şəbəkəsində təxribat törədən şəxsin kimliyi müəyyənləşib və onun ələ keçirilməsi üçün addımlar atılır.
Xatırladaq ki, bundan öncə İsrail KİV-ləri Nətənz nüvə obyektində elektrik şəbəkəsinə müdaxilənin Mossad tərəfindən həyata keçirildiyini və bunun kiber hücum olduğunu bildirib.
Salamnews