İran Kanadanın düşmən hərəkətinə cavab vermək hüququnu özündə saxlayır

İran Kanadanın düşmən hərəkətinə cavab vermək hüququnu özündə saxlayır

İran Xarici İşlər Nazirliyi Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı düşməncəsinə hərəkətini kəskin şəkildə pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Kanada hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ı terrorçu təşkilat elan etməsi ilə bağlı siyasi, qeyri-adi və ağılsız hərəkətini kəskin şəkildə pisləyib.

Kənani Kanada hökumətinin düşünülməmiş qərarını beynəlxalq hüququn qəbul edilmiş norma və prinsiplərinə, o cümlədən hakimiyyətlərin bərabərliyi və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə zidd olan düşmənçilik hərəkəti və İranın milli suverenliyinin pozulmasının bariz nümunəsi kimi qiymətləndirib.

O əlavə edib ki, bu məsuliyyətsiz və təxribatçı hərəkət Kanada hökumətinin son on ildə müharibə qızışdıranların, real insan haqlarını pozanların və terrorizmin əsas günahkarlarının təsiri altında tutduğu yanlış yolun davamıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, SEPAH İran xalqından qaynaqlanmış suveren bir qurumdur və İran İslam Respublikasının Konstitusiyasından irəli gələn rəsmi və qanuni mahiyyətə malikdir. SEPAH silahlı qüvvələrin digər qolları ilə yanaşı, milli təhlükəsizliyin və ölkə sərhədlərinin qorunmasına cavabdehdir və məşum terrorizm fenomeni ilə mübarizə yolu ilə regional təhlükəsizlik və sabitliyə kömək edir.

Kənani Kanada hökumətinin SEPAH-a qarşı iyrənc hərəkətinin qanuni və çəkindirici gücün istehsalına və İran millətindən əmələ gəlmiş bu şərəfli qüvvənin qüdrətinin səviyyəsinin və miqyasının artmasına heç bir təsir göstərməyəcəyini vurğulayıb.

Kənani bəyan edib ki, İran İslam Respublikası beynəlxalq hüquqa zidd və İran xalqı və hökumətinə qarşı olan bu hərəkətə mütənasib və qarşılıqlı cavab vermək hüququnu özündə saxlayır. 

Qeyd edək ki, Kanada federal hökuməti düşməncəsinə hərəkət edərək, və beynəlxalq qanunlara zidd olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun adını rəsmi olaraq “terrorçular” siyahısına daxil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + six =