İran: Livanın İsrailə cavab vermək hüququ var

İran: Livanın İsrailə cavab vermək hüququ var

“Livan dövləti, ordusu və müqaviməti İsrail rejiminin bu hücumuna cavab vermək hüququna malikdir və regionda genişlənəcək müharibə və gərginliyə görə ABŞ və İsrail rejimi məsuliyyət daşıyır.”

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Kənani İsrailin Beyruta aviazərbələr endirməsinə münasibət bildirərkən sözügedən hücumun Livanın ərazi bütövlüyünü pozduğunu və Livanın ərazi bütövlüyünə yönəlmiş, həmçinin beynəlxalq hüquqa zidd olan bu hücumu pislədiklərini deyib.

Beynəlxalq ictimaiyyəti və BMT-ni İsrailin hücumları qarşısında məsuliyyəti öz üzərinə götürməyə çağıran Kənani, Livanın təhlükəsizliyi və sülhü üçün BMT-nin hərəkətə keçməsi və İsrailin hücumlarının qarşısını alması üçün çağırış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − one =