İran Məhəmməd Əfifin şəhid olmasına reaksiya verdi

İran Məhəmməd Əfifin şəhid olmasına reaksiya verdi

 İran XİN sözçüsü Livan Hizbullahının media yetkilisi Məhəmməd Əfif Nabulsinin şəhadətində sionist rejimin təcavüzkar və terror aktını kəskin şəkildə pisləyib.

Əl Aləm telekanalının məlumatına əsasən, İsmayıl Bəqai bu gün (18 noyabr) sionist rejimin Beyrutda yaşayış binasına hücumunda Hizbullahın media məmuru Hacı Məhəmməd Əfif Əl Nabulsinin şəhadətinə səbəb olan təcavüzkar və terror aktını qəti şəkildə pisləyərək bunu bu rejimin anti-insani mahiyyətinin daha bir əlaməti hesab edib.

İsmail Bəqai müqavimət simvolu olan Livan xalqına Məhəmməd Əfifin şəhadəti münasibətilə  təbrik və başsağlığı verərək deyib: Şəhid Məhəmməd Əfif Livan xalqının danışan dili, ünsüz səsi idi. Belə ki, o, iğalçı rejimin zülmü və üsyanı haqqında məlumatlandırma və ictimai rəyi maarifləndirmə missiyasını lazımınca yerinə yetirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + eight =