İran Məhkəməsi vurulan Ukrayna təyyarəsilə bağlı 10 aidiyyatı məmura qarşı iş qaldırıb

İran Məhkəməsi vurulan Ukrayna təyyarəsilə bağlı 10 aidiyyatı məmura qarşı iş qaldırıb

İranda Ukrayna təyyarəsinin vurulması ilə bağlı məhkəmə işində dövlət ittihamçısı 10 aidiyyatı məmura qarşı ittihamlar irəli sürüb.

Bu barədəTehran Əyalətinin Hərbi Məhkəməsinin sabiq prokuroru Qulam-Abbas Türki məlumat verib.

O bildirib ki, Ukrayna təyyarəsinin düşməsində əlaqəli olan aidiyyatı sahələr üzrə 10 məmura qarşı iş qaldırılıb.

İran rəsmisi məmurların kimliyi və onlara qarşı qaldırılan ittihamlar haqda məlumat verməyib.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının səkkizində İranın havadan müdafiə sistemləri Ukrayna hava yollarına məxsus mülki təyyarəni düşmən obyekti sanaraq vurmuş və burada 176 nəfər həyatını itirmişdi.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + one =