İran mətbuatı Azərbaycan prezidentinin sülhsevərliyindən yazdı

İran mətbuatı Azərbaycan prezidentinin sülhsevərliyindən yazdı

İran İslam Respublikasının məşhur “FarsNews” informasiya agentliyi Azərbaycan prezidenti İlham Əliyevin bu saat belə sülhə hazır olduğunu bildirərək yazıb:Azərbaycan Respublikası prezidenti son müsahibəsi zamanı deyib:

“Müharibə hər nə qədər tez bitərsə bir o qədər yaxşıdır. Mən bu günədək dəfələrlə bildirmişəm və yenə də deyirəm ki, əgər Ermənistan baş naziri Nikol Paşinyan hələ işğaldan azad olunmayan ərazilərin geri qaytarılacağı ilə bağlı vəd verərsə, biz elə bu saat əməliyyatları dayandıra bilərik.

Paşinyan bu dəqiqəyədək belə bir öhdəçilikdən imtina edir.

Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən işğal olunmuş əraziləri tərk etməyə vəzifəlidir…


Qeyd edək ki, İlham Əliyevin “Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır biz onların təhlükəsizliyini təmin edəcəyik” deməsi də dünya KİV-ində geniş müzakirə olunub.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + fifteen =