İran “MAQATE” qətnaməsini sərt tənqid etdi

İran “MAQATE” qətnaməsini sərt tənqid etdi

İİR-nın Xarici İşlər Nazirliyi bəyanatında Beynəlxalq Atom Enerjisi Agentliyinin İran əleyhinə qətnaməni pisləyərək, bu hərəkəti qeyri-konstruktiv və bəzi Qərb ölkələrinin əvvəlki uğursuz siyasətlərinin davamı kimi qiymətləndirib.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Rəhbərlər Şurasının iclasında bir sıra ölkələrin İran əleyhinə qətnamə qəbul etməsini kəskin şəkildə pisləyib.

Bəyanatda deyilir: İran İslam Respublikası bu qətnaməni qeyri-konstruktiv və bəzi Qərb ölkələrinin əvvəlki uğursuz siyasətlərinin davamı və siyasi sui-istifadə cəhdi hesab edir.  İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Qorunma Müqaviləsinə əsaslanan beynəlxalq hüquq və öhdəlikləri çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlığı davam etdirmək öhdəliyinə sadiqdir.

İranın qənaətincə bu qətnamənin verilməsi İran İslam Respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadəsini davam etdirmək və ölkənin müvafiq beynəlxalq müqavilələrdəki hüquqlarına uyğun olaraq nüvə inkişaf planlarını ümumiləşdirmək iradəsinə heç bir təsiri yoxdur.

Xatırladaq ki, dünən (5 iyun) Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının iclasında üç Avropa ölkəsi İran əleyhinə qətnamə layihəsini nəzərdən keçirib və üzvlər bu təklif olunan qətnaməni təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 13 =