İran Milli Orkestri 1403-cü ili “Ürək oxşayan bahar”la qarşıladı

İran Milli Orkestri 1403-cü ili “Ürək oxşayan bahar”la qarşıladı

İran Milli Musiqi Orkestrinin konserti cümə axşamı, 14 mart axşam saatlarında qonaq dirijor qismində Maziyar Zəhirəddininin rəhbərliyi, Mehran Ruhaninin “Nostalgilər” və Əhməd Pejmanın “Divertimento” ifası ilə Vəhdət zalında səhnəyə çıxıb.

Zəhirəddini musiqiçi, əməkdar skripkaçı və İran Milli Orkestrinin konsertmeysteridir. O, bu orkestrin son konsertinə 2023-cü ildə dirijorluq etmişdi.

Orkestr əvvəlcə Mehran Ruhaninin “Nostaljilər” (darıxmaqlar) əsərini ifa edib. Bu parça iki hissədən ibarət idi: Ustad Əli Əkbər Möhsininin “Sevimli ilahə” mahnısı əsasında “Eşq”, Ustad Ruhullah Xaliqinin “Ürək oxşayan bahar” mahnısı əsasında “Vüsal”.

İran Milli Musiqi Orkestrinin konsertinin ikinci hissəsində “Divertimento” albomundan üç hissə; Əhməd Pejmanın “Suran”, “Şuş” və “Xarəzm” əsərləri səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 13 =