İran Müdafiə Naziri: ABŞ-la münaqişə başlayarsa, İran regiondakı bütün Amerika bazalarını hədəfə alacaq!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İran Müdafiə Naziri bildirib ki, ABŞ-la mümkün hərbi qarşıdurma baş verərsə, İran Yaxın Şərqdə yerləşən bütün Amerika bazalarına zərbə endirəcək.
Nazir qeyd edib ki, İran regionda milli təhlükəsizliyini təmin etmək üçün adekvat cavab tədbirləri görəcək və xarici müdaxiləyə icazə verməyəcək.
ABŞ-İran münasibətlərində gərginliyin artdığı bir dövrdə verilən bu bəyanat, regionda vəziyyətin daha da kəskinləşə biləcəyinə dair narahatlıqları artırıb.
Hazırda tərəflər arasında diplomatik danışıqların perspektivi qeyri-müəyyən olaraq qalır.