İran Netanyahunun hakimiyyətdən getməsi və İsraildə yeni hökumətin formalaşmasına münasibət bildirib

İran Netanyahunun hakimiyyətdən getməsi və İsraildə yeni hökumətin formalaşmasına münasibət bildirib

“Qüdsü işğal edilən rejimin siyasəti bir neçə nəfərin gəlib getməsilə dəyişən deyil.”

Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.

İsraildə yeni hökumətin formalaşması ilə bağlı sualları cavablandran İran rəsmisi bildirib ki, “Qüdsü işğal edən İsrail rejiminin siyasəti bir neçə nəfərin gəlib, getməsilə dəyişməyəcək.”

O deyib:

“Nüvə sazişi kimi beynəlxalq sazişlərlə mübarizə aparanlar təkcə Tramp və Netanyahu deyil, Qüdsü işğal edən rejimin digər siyasətçiləri də eyni addımları atırlar. Burada açıq-aydın görünən bir şey var. O da budur ki, İranı istəməyənlərin hamısı gəlib, gedəcək. İran isə həmişə başıuca qalacaq.”

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + nine =