İran növbəti raket sınağını keçirib

İran növbəti raket sınağını keçirib

İran hərbi qüvvələri iki ton ağırlığında döyüş başlığı olan raketin uğurlu sınağını keçirib.

“Report” Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İranın müdafiə naziri Əziz Nasirzadə bildirib.

“Keçən həftə biz iki ton döyüş başlığı olan raketi uğurla sınaqdan keçirdik. Sınağın nəticələri əladır”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, bu, İranın müdafiə potensialının artırılmasında əhəmiyyətli addımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − eight =