İran nüvə aliminə qarşı terrorun yeni detallarını açıqlayıb

İran nüvə aliminə qarşı terrorun yeni detallarını açıqlayıb

“Nüvə alimi Möhsün Fəxrizadəni hədəfə alan silah düşmənin süni peykləri vasitəsilə idarə edilib və terror zamanı ərazidə silahı idarə edən terrorçu olmayıb.”

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Keşikçilər Ordusunun mətbuat katibi briqada generalı Ramazan Şərif açıqlayıb.

Sepah hərbi rəsmisi bildirib ki, terror zamanı ərazidə yüksək texnologiyaya malik təchizatlar o cümlədən kamera yerləşdirilib və silah süni peyk vasitəsilə idarə edilən bu kamera ilə nüvə aliminin üzərinə təmərküzləşib.

Qeyd edək ki, İran bundan öncə terrorda əli olan bir neçə nəfərin kimliyinin müəyyənləşdirildiyini bildirmişdi. Terror aktında istifadə edilən və silahın yerləşdirildiyi maşının sahibinin isə hadisədən öncə ölkəni tərk etdiyi deyilir.

İran bu terrorun arxasında İsrailin və ABŞ-ın durduğunu bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 13 =