İran nüvə aliminin terorruna cavab olaraq uranın zənginləşdirilməsinin artırlması qərarını verib

İran nüvə aliminin terorruna cavab olaraq uranın zənginləşdirilməsinin artırlması qərarını verib

İran Parlamenti ABŞ sanksiyalarının zərərsizləşdirilməsilə bağlı qanunda dəyişikliyi səsə qoyub. Yeni qəbul edilmiş qərara əsasən İran hökuməti uranın zənginləşdirilməsini 20 faizə qədər qaldıracaq.

SalamNews İSNA-a istinadla xəbər verir ki, ötən gün İran Parlamenti ABŞ sanksiyalarının zərərsizləşdirilməsilə bağlı qanunda dəyişikliklərlə haqda yeni məsələni səsə qoyub. Parlamentin yeni səsverməsi və qəbul etdiyi qərara əsasən Nüvə sazişi çərçivəsində İranın könüllü həyata keçirdiyi “Əlavə protokol”un icrasının dayandırılması təsdiqlənib.

Eləcə də İranın nüvə müəssisələrində uranın 20 faizə qədər zənginləşdirilməsinə icazə verilib. Bundan savayı 20 dərəcədə zənginləşdirilən uranın xaricə deyil, elə ölkə daxilində saxlanılmasına da icazə verilib.

Qeyd edək ki, nüvə sazişinə əsasən İran uranı 5 faiz dərəcəsində zənginləşdirə bilərdi.

Xatırladaq ki, cari ayın 27-də İranın nüvə alimi Möhsün Fəxrizadə terror hücumuna məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + eighteen =