İran nüvə bombalarından daha güclü silahlara malikdir?
Oxu.Az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi, briqada generalı İbrahim Rüstəmi “İran Watch”a müsahibəsində deyib.”Bizim ixtiyarımızda nüvə bombalarından daha güclü silahlarımız var. Biz ölkəmizin potensialından və imkanlarından 100% istifadə edirik, buna görə də, bu gün qeyri-məhdud gücə sahibik”, – o bildirib.
Xatırladaq ki, İranın müdafiə doktrinası ölkənin ali lideri Əli Xameneinin fətvasından sonra nüvə silahının yaradılmasını qadağan edir, çünki onların istehsalı İslama zidd hesab olunur.