İran nüvə təsisatları ətrafında havadan müdafiə hazırlığını gücləndirib – KİV

İran nüvə təsisatları ətrafında havadan müdafiə hazırlığını gücləndirib – KİV

İran son zamanlarda Yaxın Şərqdə gərginliklərin artması və getməkdə olan Donald Tramp Administrasiyasının təhdidləri fonunda nüvə obyektləri ətrafında havadan müdafiə tədbirlərini artırıb.

SalamNews xəbər verir ki, bu barədə məlumatlı İran mənbələri Küveytin əl-Qəbas qəzetinə məlumat veriblər.

Bildirilib ki, İran Silahlı Qüvvələri, xüsusilə də, İslam İnqilabının Keşikçilər Ordusu bütün havadan müdafiə imkanlarını nüvə obyektlərinin müdafiəsi üçün səfərbər edib.

Fordo nüvə obyekti yaxınlığında, əlavə olaraq, İranın yerli “Bavər 373” və Rusiya istehsalı olan “SAM” havadan müdafiə sistemləri yerləşdirilib.

Eləcə də, ölkənin mərkəzində yerləşən İsfahanın, uranın zənginləşdirildiyi Nətənz nüvə obyekti ətrafında da havadan müdafiə sistemlərinin işi gücləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − five =