İran nüvə təsisatlarında uranın 20 dərəcəlik zənginləşdirilməsinə başlayıb

İran nüvə təsisatlarında uranın 20 dərəcəlik zənginləşdirilməsinə başlayıb

İran parlamentinin qərarından sonra ölkənin aidiyyatı qurumları Fordo nüvə obyektində uranın 20 faiz dərəcəsində zənginləşdirilməsini bərpa edib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii deyib.

O bildirib ki, ölkədə sanksiyaların (təsirinin) aradan qaldırılması üçün strateji addımlarla bağlı qanunun icrasına başlanılıb.

O əlavə edib ki, prezident (parlamentdə) qəbul edilən bu qanunun icrası üçün göstəriş verib.

Əli Rəbiinin sözlərinə görə, yeni addımla bağlı irəliləyiş bir neçə saat ərzində əldə ediləcək, zənginləşdirilmiş “UF6” uraniumunun ilk məhsulu əldə ediləcək.

Qeyd edək ki, İran Parlamenti, nüvə alimi Möhsün Fəxrizadənin terrora məruz qalmasından, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyi və Avropa Birliyinin bu terrora münasib reaksiya verməməsindən sonra, ölkə nüvə təsisatlarında uranın 20 dərəcəlik zənginləşdirilməsilə bağlı qanunu yenidən səsə qoyub və əlavə edilən dəyişiklikləri qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =