İran Oman dənizində qaçaqmal daşıyan neft tankerini saxlayıb

İran Oman dənizində qaçaqmal daşıyan neft tankerini saxlayıb

İran Oman dənizində iki milyon litr yanacaq qaçaqmalçılığı edən xarici neft tankerini ələ keçirib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin baş hakimi Müctəba Qəhrəmani bildirib.

Məlumata görə, baş hakim Oman dənizində iki milyon litr yanacaq qaçaqmalçılığı ittihamı ilə xarici neft tankerinin həbs edildiyini elan edib.

Gəminin mənsubiyyəti və təyinat yeri ilə bağlı məlumat hələlik açıqlanmır.

M.Qəhrəmani deyib ki, İranın Oman körfəzindəki dəniz sərhədləri boyunca şübhəli yanacaq qaçaqmalçılığının davamlı monitorinqindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları xarici neft tankerini yoxlayıblar. Yükün sənədləşdirilməsinin natamam olması səbəbindən gəmi qaçaqmalçılıq yanacağı daşıdığı şübhəsi ilə saxlanılıb. Məhkəmə araşdırması aparılır.

Baş hakim əlavə edib ki, məhkəmə prosesi çərçivəsində tankerin kapitanı və ekipajı da daxil olmaqla 17 nəfər saxlanılıb.

Onun sözlərinə görə, hakimiyyət orqanları yanacaq yükünün dəqiq həcmini müəyyən etmək üçün sübutlar toplayır, nümunələr götürür və laboratoriya tədqiqatları aparır, həmçinin gəmi sənədlərini yoxlayırlar. Məhkəmə orqanları araşdırma başa çatdıqdan sonra nəticələri elan edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =