İran ordusu “Böyük peyğəmbər-15” təlimlərinə başlayıb
İranda “Böyük peyğəmbər-15” adlı hərbi təlimlərin birinci mərhələsi keçirilir.
APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) keçirdiyi təlimlərdə aerokosmik qüvvələr, eləcə də raket bölmələri və pilotsuz uçuş aparatları iştirak edir.
İranın Mərkəzi səhrasında keçirilən təlimlərdə SEPAH-ın yeni nəsil ballistik raketlərindən, o cümlədən “Zülfüqar”, “Zilzal” və “Dezful” tipli raketlərdən istifadə olunub, şərti hədəflər dəqiqliklə məhv edilib.
Təlimlərin neçə gün davam edəcəyi barədə məlumat verilməyib.