İran Ordusu PUA arsenalını nümayiş etdirən hərbi təlimlərə başlayıb

İran Ordusu PUA arsenalını nümayiş etdirən hərbi təlimlərə başlayıb

İran Ordusunun müxtəlif qüvvələri PUA-ların iştirakı ilə hərbi təlimlərə start veriblər.

SalamNews  İRNA-a istinadla xəbər verir ki, bu gün İranda ölkənin PUA arsenalının və onun gücünün nümayiş etdirilməsi məqsədilə hərbi təlimlərə start verilib.

Hərbi təlimlər Semnan əyalətində başlayıb və körfəz sularında da davam edəcək.

Bu hərbi təlimlərin iki gün çəkəcəyi qeyd edilib.

Sözügedən hərbi təlimlərin başlaması ilə eyni zamanda, İran cənub sularda üzən ABŞ-ın bir aviadaşıyıcısının, PUA-larla çəkilən görüntülərini yayımlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =