İran Ordusu Xəzər dənizində hərbi təlimlərə başlayıb
İran Ordusunun Dəniz Qüvvələri bu gün Xəzərdə hərbi təlimlərə start verib.
Bu barədə İran Ordusu bəyanat verib.
Bildirilib ki, bu gün Xəzərdə “Daimi təhlükəsizlik – 1400” adlı hərbi təlimlər Dəniz Qüvvələrinin müxtəlif bölmələrinin iştirakı ilə başlayıb.
Bu hərbi təlimə İranın Dəniz qüvvələrinin hərbi gəmiləri, helikopter və PUA-ları, elektron döyüş sistemləri, dəniz piyadaları və sair qüvvələri və hərbi təchizatı cəlb edilib.
Əlavə edilib ki, bu hərbi təlimlər təqribən 77 min kvadrat km ərazini əhatə edəcək və prosesə İran Ordusunun Havadan Müdafiə Qüvvələri də dəstək verəcək.