İran Ordusunun Baş Qərargah rəisi: “Azərbaycanla əlaqələrimiz inkişaf edir”

İran Ordusunun Baş Qərargah rəisi: “Azərbaycanla əlaqələrimiz inkişaf edir”

“Azərbaycanla əlaqələrimiz inkişaf edir”.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.

“Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükür, iki ölkə arasında iqtisadi əlaqələr hər gün inkişaf edir və dərinləşir”, – İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi vurğulayıb.

Qeyd edək ki, Məhəmməd Baqeri təhlükəsizliyi yoxlamaq üçün bu gün Azərbaycanla sərhəd məntəqəsində olub. O, Qərbi Azərbaycan əyalətinin Azərbaycan Respublikasının Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəki hərbi hissələrə baş çəkib. M.Baqerini İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 15 =