İran: Öz məhsulumuz olan vaksinin mənfi təsirləri müşahidə edilmədi

İran: Öz məhsulumuz olan vaksinin mənfi təsirləri müşahidə edilmədi

İran səhiyyə nazirinin müavini deyib ki, ötən 24 saat ərzində İran məhsulu olan anti-koronavirus vaksini vurulmuş şəxslərdə heç bir mənfi əlamət müşahidə olunmayıb.

Az.shafaqna.com “Rasthaber Azərbaycan“a istinadənxəbər verir ki, Əlireza Rəisi bu gün İran-Press informasiya agentliyi ilə müsahibədə koronavirusa qarşı İran peyvəndinin istehsal edilməsinin önəmi və üzərlərində test olunmuş şəxslərin bu vaksinə reaksiyası ilə bağlı bildirib ki, ikinci test on dörd gündən sonra həyata keçiriləcək.

“Koronavirusa qarşı İran peyvəndi testinin üçüncü etapı 28 gündən sonra reallaşacaq və inyeksiyadan alınan nəticələr müsbət olarsa, bu vaksin gələn yaz fəslində iri həcmdə istehsal ediləcək.”, – İran səhiyyə nazirinin müavini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 3 =