İran parlament sədrinin ikinci müavini Əli Nikzad: Qarabağ Azərbaycana və müsəlmanlara məxsusdur

İran parlament sədrinin ikinci müavini Əli Nikzad: Qarabağ Azərbaycana və müsəlmanlara məxsusdur

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad dünən İİR-nın Qum şəhərində, Elmiyyə Hövzələrinin İdarəetmə Mərkəzində keçirilən “17 Rabiül-əvvəl, Qarabağ mövzusunda ən yüksək dialoq” beynəlxalq konfransında çıxışı zamanı deyib: “Qarabağ müsəlmanlara məxsusdur və İslam Respublikası hər zaman müsəlman xalqları üçün ən böyük hamidir.”

Nikzad həmçinin bildirib: “Şərq Bloku ortaya çıxdıqdan və İranın şimal sərhədlərində müstəqil ölkələrin meydana gəlməsindən sonra İranın siyasəti həmişə onların daxili işlərinə müdaxilə etmədən bu qonşuları dəstəkləmək olmuşdur və bu gün də qonşularımıza öz ən səmimi dəstəyimizi əsirgəmirik.”

Şübhə yoxdur ki, Qarabağ Ermənistan tərəfindən işğal olunmuş və tamamilə azad edilməlidir və lakin istənilən müharibə bütün bölgə ölkələrinin ziyanınadir. Dağlıq Qarabağ müsəlmanlara məxsusdur və eyni zamanda dini prinsiplərə görə, yerli əhalinin hüquqlarını qorumaq da bizim üçün zəruridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =