İran parlamenti bəyanat qəbul edərək ABŞ-la danışıqlar üçün şərt irəli sürüb

“Ön şərtlərimiz həyata keçməyənə qədər, Amerika ilə danışıqlara başlamamalıyıq”.
APA xəbər verir ki, bu barədə İran parlamentinin qəbul etdiyi bəyanatda deyilir.
Qeyd edilib ki, “ABŞ dialoqdan İranı aldatmaq və İsrailin qəfil hücumunu gizlətmək kimi istifadə etdiyinə üçün hazırkı şəraitdə danışıqlar aparmaq olmaz”.
“Biz danışıqlar üçün ön şərtlər qoymalıyıq və bu şərtlər təmin edilməyənə qədər Amerika ilə heç bir dialoqa getməməliyik”, – İran parlamentinin bəyanatında bildirilib.