İran parlamentinin spikeri Suriyada Bəşər Əsədlə görüşəcək
Bu gün İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə yola düşəcək.
Bu barədə İRNA məlumat yayıb.
Məlumatda bildirilir ki, səfərdə Suriya rəsmiləri ilə görüş zamanı iki ölkə arasında mövcud ticarətin artırılması məsələləri müzakirə ediləcək.
Həmçinin məlumatda qeyd eidlir ki, səfər zamanı İran Parlamentinin sədrinin Suriyanın prezidenti Bəşər Əsədlə görüşü gözlənilir.
Faktxeber