İran prezident seçkilərinin ikinci mərhələsi çox mühümdür

İran prezident seçkilərinin ikinci mərhələsi çox mühümdür

İslam İnqilabının Böyük Rəhbəri İran prezident seçkilərinin ikinci mərhələsini çox mühüm adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Şəhid Mütəhərri adına Ali Məktəbin müəllimlərindən bir qrupu, müdirləri və yeni müdiriyyəti ilə görüşüblər. İnqilab Rəhbəri İran xalqının seçkilərdə iştirakını quruluşun başıucalığı mənbəyi və dayağı adlandırıb və belə vurğulayıblar: İştirak hər nə qədər daha yaxşı və daha aydın olarsa, quruluşun daxildəki hədəflərinin həyata keçməsi və ölkənin strateji istiqamət məcmuəsindəki hədəflərin təqib olunması, daha artıq qabiliyyətə malik olmuş olar ki, bu məsələ çox böyük bir fürsətdir.

Seçkilərin birinci mərhələsindəki iştirak miqdarını gözlənilən həddən az və proqnozların əksinə adlandıran İnqilab Rəhbəri deyiblər ki, bu məsələ sosioloqların və siyasət əhlinin araşdıracaqları səbəblərə malikdir.

Həzrət Ayətullahuluzma Xamenei/ bəzilərinin «birinci mərhələdə səs verməyənlər quruluşa qarşıdırlar» kimi təsəvvürlərini tamamilə yanlış adlandırıb və belə əlavə ediblər: Ola bilsin, bir qrup şəxsin bəzi rəsmilərdən və ya hətta islami quruluşdan xoşu gəlməsin, necə ki, bu sözləri azad şəkildə söyləyirlər, amma səs verməyən hər kəsin/ bu şəxslərə və bu fikir tərzinə bağlı olması barədəki düşüncə/ tamamilə səhv və yanlışdır.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Çoxlarının işi, problemi var və ya digər səbəblərdən səsvermədə iştirak etməyiblər ki, inşaallah, ikinci mərhələdə xalqın seçki məntəqələrində iştirakı şövqlü və quruluşun hörməti mənbəyi olacaq.

Həzrət Ayətullahuluzma Xamenei ümidvar olduqlarını bildiriblər ki, Allah-Taala xalqa ən yaxşı seçki uğuru bəxş edəcək ki, seçilən şəxs quruluşun və xalqın hədəflərini həyata keçirmiş olsun.

İranda doqquzuncu prezidenti təyin etmək üzrə on dördüncü prezident seçkiləri ötən cümə günü- iyunun 28-də ölkə daxilindəki 59 min seçki məntəqəsində və dünyanın 95 ölkəsində keçirildi.

İranda on dördüncü prezident seçkilərinin ikinci turu qarşıdakı cümə günü- iyulun beşində keçiriləcək.

Məsud Pezeşkiyan və Səid Cəlili birinci və ikinci nəfərlər kimi seçkilərin ikinci mərhələsinə çıxıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =