İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanlarını öyrənirik
İran Azərbaycan, Türkiyə və Pakistanla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.
Bunu İran Prezidenti Məsud Pezeşkian ilk mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran qonşu ölkələrlə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.