İran prezidenti ilk səfərini İraqa etdi

İran prezidenti ilk səfərini İraqa etdi

İran prezidenti İraqın paytaxtı Bağdada daxil olub.

İRNA-nın məlumatına əsasən, Məsud Pezeşkianın İraqa səfəri baş naziri Məhəmməd Şia Əl Sudaninin dəvəti ilə baş tutub.

İran Prezident Aparatının məlumatına əsasən, bu səfər zamanı tərəflər arasında iki ölkə arasında müxtəlif iqtisadi, ticarət, mədəni və sosial sahələrdə bir sıra əməkdaşlıq sənədləri imzalanacaq.

Məlumata görə İranın hökumət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində digər sektorlarda da ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bu, onun prezident kimi ilk xarici səfəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 4 =