İran prezidenti Netanyahuya: İranla münaqişəyə girməyin

İran prezidenti Netanyahuya: İranla münaqişəyə girməyin

 İran İslam Respublikasının prezidenti sionist rejim baş nazirinə xitabən deyib: İran müharibə istəmir. Amma istənilən təhlükənin qarşısında möhkəm dayanacaq.

Əl Aləm telekanalının məlumatına əsasən, Məsud Pezeşkian dünən gecə (1 oktyabr) İranın Tel Əvivə raket hücumlarından sonra X sosial media hesabında yazıb: Beynəlxalq hüquqlara əsaslanaraq İranla birlikdə region üçün sülh və təhlükəsizlik məqsədi ilə sionist rejimin təcavüzünə qəti cavab verildi. Bu hücum İranın maraqlarını və vətəndaşlarının müdafiəsi naminə idi. Netanyahu bilsin ki, İran müharibə istəmir. Amma istənilən hər hansı bir təhlükəyə qarşı qətiyyətlə hazırdır. Bu, bizim qüdrətimizin yalnız cüzi bir hissəsi idi. Belə isə, İranla münaqişəyə girməyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =