İran Prezidenti: Nüvə proqramının verifikasiyası məsələsi üzrə danışıqlar aparmağa hazırıq

İran Prezidenti: Nüvə proqramının verifikasiyası məsələsi üzrə danışıqlar aparmağa hazırıq

Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı dayandırdıqdan sonra öz nüvə proqramının verifikasiyası məsələsi üzrə danışıqlar aparmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

“Biz bu barədə danışıqlar aparmağa hazırıq. Biz heç vaxt yoxlama tədbirlərindən yayınan tərəf olmamışıq. Biz belə nəzarətin keçirilməsinə hazırıq”, – İran Prezidenti qeyd edib.

İyulun əvvəlində M.Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması haqqında fərman imzalayıb.

AEBA-dan iyulun 4-də bildirilib ki, onun inspektorları Tehranı tərk edərək agentliyin Vyanadakı qərargahına yollanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − four =