İran Prezidenti: Şəhid Süleymaninin yolu birlik və ədalət yoludur

İran Prezidenti: Şəhid Süleymaninin yolu birlik və ədalət yoludur

İran Prezidenti Məsud Pezeşkiyan Şəhid Qasim Süleymanini xalq üçün əbədi bir nümunə kimi xarakterizə edib.

O, bildirib ki, general Qasim Süleymaninin yolunun davamı milli həmrəylik və regiona ilham verən modellərin yaradılmasıdır. Prezident vurğulayıb ki, bu məqsədə yalnız xidmət və ədalət prinsipinə sadiqliklə nail olmaq mümkündür.

“Düşmənlərin fitnələrini zərərsizləşdirmək üçün birliyimizi qoruyaraq insanlara xidmət etməliyik və bölgədə ədaləti təmin etməyə çalışmalıyıq”, deyə Məsud Pezeşkiyan diqqətə çatdırıb.

O, həmçinin əlavə edib ki, şəhid Süleymani öz şəxsi mənfəətindən imtina edərək, həmişə məzlumları müdafiə edib və öz qanı ilə zalımları ifşa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 9 =